Menu

Ali və orta məktəblərdə dini dərslər necə keçiriləcək? - Rəsmi açıqlama

29.04.2019, 17:10
Ali və orta məktəblərdə dini dərslər necə keçiriləcək? - Rəsmi açıqlama

Təhsil Nazirliyi ali və orta məktəblərdə dini dərslərin keçiriləcəyi ilə bağlı Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının fikirlərinə münasibət bildirib.

Nazirlikdən verilən məlumata görə, 2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş "Həyat bilgisi" dərsliklərindən istifadə etməsi nəzərdə tutulur. Hazırda həmin dərsliklər Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılıb.

Hazırda istifadə olunan "Həyat bilgisi" dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib. Təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

O ki qaldı ali təhsil müəssisələrinə, təhsil naziri Ceyhun Bayramovun “Bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarına dəyişiklik barədə” əmrinə əsasən, 2019-2020-ci tədris ilindən etibarən bakalavriat səviyyəsi üzrə “Multikulturalizmə giriş” fənninin proqramına “Dinlər tarixi” adlı mövzuların daxil edilməsi təmin ediləcək.

“Dinşünaslıq” və “İslamşünaslıq” ixtisaslarının yer aldığı ali təhsil müəssisələrində isə “Dinlər tarixi” fənni ayrıca fənn kimi tədris olunur.

Şərhlər

müəllim 2019-04-29 17:10:33

Ali və orta məkəblərdə keçilən dərslərin səviyyəsini qaldırmaq,
dərsliklərin yaş qrupuna,anlaya bilmək səviyyəsinə gətirilməsi üzərində işlənilsə daha doğru olar.Onsuz da dərs yükü olduqca ağır planlaşdırıldığından mənimsəmə olduqca zəifdir.Onu daha başqa fənnlərlə yükləməyin yersiz olduğunu diqqətə almaq,kənardan gələn tək-tək təklifkəri düşünmədən qəbul etmək yanlış addımdır.Çünki indiki təhsilin səviyyəsi ( test imtahanlarından göründüyü kimi) qənaətbəxş sayıla bilməz.150-299 balla universitetə qəbul ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol