Menu

Abşeronda yol qəzası zamanı 2 nəfər xəsarət alıb

29.04.2019, 23:15
Abşeronda yol qəzası zamanı 2 nəfər xəsarət alıb

Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Fatmayı kəndində qeydə alınıb.

"Opel" markalı avtomobillə "Ford"un toqquşması nəticəsində 1955-ci il təvəllüdlü Abdullayev Vaqif və 1984-cü il təvəllüdlü Həşimova Aynur Vaqif qızı xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol