Menu

“Türkiyənin uzaqlaşdırıldığı halda “F-35” layihəsi tamamilə çökəcək” - Ərdoğan

30.04.2019, 13:45
“Türkiyənin uzaqlaşdırıldığı halda “F-35” layihəsi tamamilə çökəcək” - Ərdoğan

“Türkiyənin uzaqlaşdırıldığı halda “F-35” layihəsi tamamilə çökməyə məhkum olacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 14-cü Beynəlxalq Müdafiə Sənayesi sərginin açılışında bildirib.

O vurğulayıb ki, ölkəsi müdafiə sənayesi sahəsində məcburiyyətləri qəbul etməyəcək: “Bu sahədə tarixi islahatlara başladıq. Müdafiə sənayesinin xaricdən asılığını 80 faizdən 30 faizədək endirdik. Amma bu o qədər də asan başa gəlməyib. Bəzən sobatajlarla, xəyanətərlə üzləşdik. Qarşımıza çıxan maneələri aşmaqdan yorulmadıq. Əgər əvvəllər biz xaricdən mütəxəssislər gətirirdiksə, indi xaricə mütəxəssis göndəririk”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol