Şahzadə Naruhito Yaponiyanın yeni imperatoru olub.
Bu, Tokio vaxtı ilə mayın 1-də gecə saat 00:01-də baş verib.
Qeyd edək ki, bir gün öncə Yaponiyanın 85 yaşlı imperatoru Akihito taxtını tərk edib.
Trend bildirir ki, Naruhito sabiq imperatorun böyük oğludur. Yeni imperatorun 59 yaşı var.


Şərhlər