Menu

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı - Şagird ölümünə görə

01.05.2019, 10:53
Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı - Şagird ölümünə görə

Təhsil Nazirliyinin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı şəhəri 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad edilib.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol