Menu

Türkiyənin Ukraynadan “Konus” raketlərinin alınmasına dair müqavilə imzalanıb

02.05.2019, 08:48
Türkiyənin Ukraynadan “Konus” raketlərinin alınmasına dair müqavilə imzalanıb

Türkiyə Ukrayna ilə tank əleyhinə idarə edilən raketlərin alınmasına dair ilkin müqavilə imzalayıb.

ONA lenta.ru-ya istinadən xəbər verir ki, razılaşma “Makina ve Kimya Endüstri Kurumu” dövlət şirkəti ilə “Ukroboronprom” dövlət korporasiyasının “Speçtexnoeksport” şirkəti arasında reallaşıb.

Müqaviləyə əsasən, bu raketlərin Türkiyə tanklarında quraşdırılması, gələcəkdə isə MKEK-nın zavodlarında istehsalı nəzərdə tutulur.

Qeyd edək ki, söhbət Ukraynanın “Luç” zavodunun istehsalı olan 120 mm-lik idarə edilən “Konus” raketlərindən gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol