Menu

29 yaşlı gənc güllələnərək qətlə yetirilib

02.05.2019, 19:24
29 yaşlı gənc güllələnərək qətlə yetirilib

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Kəramət Şükür oğlu Məmmədov odlu silahdan açılan atəş nəticəsində ölüb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələ ki məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol