Menu

Messi cərimə zərbəsindən qol vuran zaman hakimi aldadıb - VİDEO

02.05.2019, 21:18
Messi cərimə zərbəsindən qol vuran zaman hakimi aldadıb - VİDEO

İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messinin Çempionlar Liqasının ilk yarımfinalında evdə İngiltərə "Liverpul"u ilə görüşdə hakimi aldatdığı bəlli olub.

"Report" "The Sun" nəşrinə istinadla xəbər verir ki, 32 yaşlı hücumçunun matçın sonlarında vurduğu qol qaydalar çərçivəsində yerinə yetirilməyib.

81-ci dəqiqədə argentinalı oyunçuya qarşı kobudluq edilib. Messi cərimə zərbəsini yerinə yetirərkən qapıya qədər olan məsafəni bir neçə metr azaldıb.

Qeyd edək ki, görüş "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasındakı cavab oyunu mayın 7-də olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol