“Azərbaycanda seks turizmi inkişaf edir. Biz onsuz da bunu bacarmayacağıq. Gəlib, pulla və s. yollarla qızlarımızı yoldan çıxarırlar. Buna qarşı ciddi mübarizə aparmaq lazımdır”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Araz Əlizadə deyib.
O xatırladıb ki, Rusiyada çoxmənzilli binalarda hostellər təşkil edilməsinə icazə verilmişdi: “Amma sonradan buna məsələdə dəyişiklik etdilər. Dəyişiklikdən sonra binaların birinci mərtəbəsində hostel təşkil etməyə icazə verdilər, girişi də ayrı olmalıdır. İnsanlar öz evlərində rahat yaşaya bilmirlər. Biz qanunvericiliyə bu istiqamətdə dəyişiklik etməliyik”.
Deputat Tahir Kərimli də çıxışında bu məsələni qaldırıb: “İnsanlar evlərini hostellərə, mehmanxanalara çevirirlər. 2017-ci ildə qanuna dəyişiklik olundu ki, çoxmənzili binalarda qeyri-yaşayış sahəsinin hostelə çevrilməsi üçün icazə lazım deyil. Amma əvvəlki qanunda qonşuların mənafeyi nəzə alınırdı. Yeni qanunda bu məsələ nəzərə alınmır. Azərbaycanda masaj salonlarına, barlara nəzarəti gücləndirmək lazımdır. Vaxtilə mən ərəblərlə bağlı məsələ qaldırmışdım. Hazırda yaşadığım ərazidə hər kəs sözünü deputata deyir. Bəs deputat kimə desin?!”


Şərhlər
heç qızları yoldan çıxaran yoxdur,biz axşam gəzintisində neçə dəfələrlə bizim kəkil çıxarmayan qızlarımızın turistlərin qarşısını kəsib "seks"deyərək işarələrlə danışmağının şahidi olmuşuq.etməsinlər,valideynlər gənc qızlarına sahib çıxsınlar.nənələrimiz,analarımız ac də qalıblar,işiz də olublar,amma namus 1.yerdə olub,bunlara başa salmaq lazımdır ki,fahişıliklə heç kəs milyoner olmayıb,amma xəstə olub,"itdən çox ayaqqabı aparan yoxdur,amma yenə ayaqyalındır,məgər turist onları zorla aparır?!
Qadınları və qızları əxlaqsızlıq yoluna ölkədəki işsizlik məcbur edir otel "mama-rozaları"-müdirləri dövlətin iqtisadi çöküşündən bəhrələnərək qadınları xaricidən gələn tərbiyəsiz və xəstə turistlərin qucağına atırlar.Otellər və digər fahişəxanaların "mama roza" müdirləri "babəkizmin",yəni tərbiyəsizliyin hesabına pul qzanırlar.Eyni ilə PKK terror örgütündə olduğu kimi,təəssüf ki qadınları onun-bunun qucağına atır,adını da "otelçilik" qoyurlar..