Menu

Ramil Usubov şeyxin bacısı oğluna yeni vəzifə verib

03.05.2019, 21:17
Ramil Usubov şeyxin bacısı oğluna yeni vəzifə verib

Daxili işlər orqanlarında yeni təyinat olub.ONA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Əli Şərif oğlu Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölmənin rəis müavini təyin edilib.

Qeyd edək ki, Ə. Əsədullayev İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev oğlu, Şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur.

Qeyd edək ki, 13-cü polis bölməsinin bundan əvvəlki rəis müavini, polis mayoru Mehman Əsədov bu ilin fevral ayında ölkədən qaçarkən tutulub. O, dələduzluqda ittiham olunur.

Şərhlər

t.ədalət 2019-05-03 21:17:21

Şeyxin bacısı oğluna yox,cəbhə xəttində Vətənimizin müdafiəsində olanlara vəzifə verilməlidir.Bundan başqa polis akademiyasını qurtaranlar da cəbhə xəttində Vətənə xidmətdən yayınırlar.Əslində onlar da hərbi xidmətini başa vurduqdan sonra polis işləsələr doğru olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol