“Putinin məqsədi Kiyevdə qiyam yaratmaq və son nəticədə Ukraynanın süqutuna nail olmaqdır”.
AzNews.az-ın məlumatına görə, bunu açıqlmasında Ukrayna prezidentinin məsləhətçisi, “Petr Poroşenko Bloku” partiyasının sədri Yuriy Luçenko deyib.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putinin planına Mariupolu, Donbası, hətta ölkənin bütün cənub-şərqini ələ keçirmək daxil deyil. Putin Ukraynanı tutmaq və dövləti çökdürmək niyyətindədir: “Baxın, məgər Putinin məqsədi açıq şəkildə görünmür? O, ölkədə hakimiyyətə qarşı qiyama zəmin yaradır”.
Y. Luçenko Ukrayna xalqının və dövlətinin sona qədər işğalçılarla mübarizə aparacağını da deyib.


Şərhlər