Menu

Putindən Trampa xəbərdarlıq - "Hakimiyyət zorla dəyişsə..."

04.05.2019, 23:16
Putindən Trampa xəbərdarlıq - "Hakimiyyət zorla dəyişsə..."

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Venesueladakı durumla bağlı aparılan müzakirə zamanı Putin ölkədə sadəcə xalqın öz gələcəyini təyin edə biləcəyini bildirib.

Kreml rəhbəri Venesuelanın daxili işlərinə müdaxilə edilməsinin, yaxud ölkədəki hakimiyyətin zorla dəyişdirilməsinin siyasi həll yoluna güclü zərbə vuracağını həmkarının diqqətinə çatdırıb.

Rus lider həmçinin Şimali Koreya lideri Kim Çen İnlə keçirdiyi görüş barədə də Trampa məlumat verib və Pxenyana təzyiqlərin azaldılmasının önəmini qeyd edib.

Dövlət başçıları eyni zamanda söhbət zamanı Ukraynadakı prezident seçkilərinə toxunub və Kiyevin Minsk razılaşması ilə bağlı korrekt addımlar atmasının vacibliyini vurğulayıblar.

ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefin danışığı 1,5 saat davam edib.

Şərhlər

türk 2019-05-04 23:16:39

ABŞ Suriyada uduzub.

t.ədalət 2019-05-04 23:16:39

Hələlik,ancaq ABŞ istəyən olub.İraqda,Liviyada və Suriyada da ABŞ qalib çıxıb.Kim dünyanı kapitalla idarə edirsə,qalib onun ordusu olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol