Menu

Azərbaycan Uyeldanov-Qalustyanı həbsxanadan buraxdı

05.05.2019, 00:01
Azərbaycan Uyeldanov-Qalustyanı həbsxanadan buraxdı

Erməni əsilli Rusiya vətəndaşı Marat Uyeldanov (Qalustyan) Bakıdan Rusiyaya çatdırılıb. Virtualaz.org “Sputnik-Ermənistan”a istinadla xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində Maratın bacısı Marianna Mirzoyan yazıb.

Qeyd edək ki, 2016-cı ilin iyul ayının 28-də Azərbaycanda erməni əsili Rusiya vətəndaşı Marat Uyeldanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (böyük həcmdə narkotik vasitələrin qanunsuz əldə edilməsi, istehsalı, saxlanması və yayılması) üzrə saxlanılmışdı.

Onun saxlanılmasından sonra erməni mətbuatı və Rusiyanın ermənipərəst KİV-ləri Uyeldanovun bacısı Marianna Mirzoyana istinadla belə bir məlumat yaymağa başladılar ki, guya M.Uyeldanov erməni olduğu üçün həbs edilib.

Bu ilin yanvar ayında RF XİN-in başçısı Sergey Lavrov ümid etdiyini bildirmişdi ki, Azərbaycanla danışıqlar nəticəsində Marat Uyeldanov-Qalustyanı Rusiyaya qaytarmaq mümkün olacaq.

Şərhlər

Abud 2019-05-05 00:01:03

Bəli biz humanistik. Biz erməni əsirlərini buraxsınlar amma bizim ermənilərdə qalan əsirlərin canı çixsın qalsın onlarda."Kim nə deyər bizdə olan qeyrətə"

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol