Menu

Prezidentin xəbərdarlığı və "əlahəzrət inhisar"ın çıxardığı nəticə - 2 ay əvvəl 1.6 manat idi, indi 2.85...

05.05.2019, 12:56
Prezidentin xəbərdarlığı və "əlahəzrət inhisar"ın çıxardığı nəticə  - 2 ay əvvəl 1.6 manat idi, indi 2.85...

Azərbaycan Republkasının prezidenti İlham Əliyev may ayının əvvəlində Nazirlər Kabineti ilə cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair keçirdiyi iclasda bəyan edib: «Ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir. Mən qeyd etdim, inflyasiya aşağı səviyyədədir – 2 faizdən bir qədər çoxdur. Manatın məzənnəsi sabitdir. Belə olan halda, əlbəttə ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz».

Çox yaxşı, indi baxaq görək, əlahəzrət «inhisar» dövlət başçısının bu bəyanatından hansı nəticəni çıxarıb? Bu suala konkret bir epizod üzrə cavab vermək istəyirəm. Məsələn, bu il Novruz Bayramına qədər Bakı şəhərinin pərakəndə ticarət obyektlərində bir qutu xurmanın qiyməti 1,6 manat idi. Bayram ərəfəsində «hörmətli inhisar» ölkə əhalisinin bayramını özünəməxsus qaydada təbrik elədi - bir qutu xurmanın qiymətini 2,6 manata qaldırdı! Camaat da xeyli «sevincək» oldu...

Bundan «adekvat nəticə» çıxardan «inhisar müəllim» indi də bir qutu xurmanın qiymətini 2,85 manata qaldırıb!

Belə hallar barədə dövlət başçısı deyib: «Bunun heç bir əsası yoxdur. Bəzi hallarda mövsümi xarakter daşıyır. Amma bəzi hallarda qiymətlər süni şəkildə artırılır. İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır. Biz bunu indi statistik göstəricilərdən görürük. İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlamışdır. Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar».

O zaman gözlərimiz qarşısında «zor» bir sual boy verir - bəs, müvafiq nəzarəti kim həyata keçirməlidir,  keçirirmi və ya keçirirsə, necə keçirir ki, bir nəticə gözə dəymir?

Bu sətirləri Didye Qular «Mafiya tarixindən» adlı kitabında yazıb: «Siciliyada kimdən soruşsan ki, mafiya haqqında nə bilir, siciliyalı çiyinlərini çəkərək, «mən, belə şey eşitməmişəm» - cavabı verər. O zaman əmin ola bilərsiniz ki, həmin adam mafiya üzvüdür...»

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Kənardan baxan 2019-05-05 12:56:56

Məşğul plmalıdırlar,bilməlidirlər kimi tezislərlə iş düzəlmir.Ho-ha deməklə donuz darıdan çıxmır! Ölkədə nəzarət sistemi var,ancaq onlar rüşvət yığır,işləmirlər.Ona görə möhtəkirlər əl-qol açıb millətin olan-qalanını mənimsəyir,bahaçılıq yaradırlar.Hörmətli prezident nəzarət sistemi yuzarıdan aşağıya qədər məsuliyyətlərini hiss etməli və nəticəyə işlməlidirlər. Yalnzz etməlidirlər tezisi yerinə yetirilər,şüar olmaz!Hələlik isə Sizin tapşırıqlarınızın elə toplantıda qaldığı müşahidə olunur.

Sheyx Nesrullah 2019-05-05 12:56:56

Mən gündə bir xurma ilə dolaniram...Qarindan bashqa nəsə düshündurmur bu insanlari. Gedin ərəb ölkələrindən ya İrandan özünüz xurma gətirin.Onda görəcəksiniz ki.onun maya dəyərini shishirdən xərclər harda yaranir.Ay bu xurmanin çəyirdəyi boğazinizda qalsin! Yəni siz o qədər sadəlohvsünüz.ya camaatl avam yerinə qoymusuz.Dükan.market məgər qiymət müəyyən edir.Xurmani marketlərə paylayan firmanin ishçicindən sorushun.izah etsin sizə hardandir bu qiymət artimi.sonra isə yazin.indanlar bilsinlər

Veteran 2019-05-05 12:56:56

Mirze qardaw cox duz buyurursan. Men cayi ancaq xurma ile icdiyimden bu artimin budceme xeyli ziyan vurmasini hiss edirem. Ancaq mene ele gelir bu hecde bayramla elaqeli bir wey deyildi. Mence dunyada geden prosseslerin xurmanin qiymetinin artiminda bilavasite rolu var. Wexsen men xurmanin bu cur qefl artimini Xuan Quaydonun Maduronun uzune "ag" olmasi ile elaqelendirirem. Hesab edirem ki eger bu iki siyasetci arasindaki mubarize Maduronun qelebesi ile neticelense xurma yeniden oz qiymetine qayidacaq.

Mirzə AĞ 2019-05-05 12:56:56

Məzən olsun, aq Əjdər! Ayə, bunlar içəridən iy verirlər - nə qədər sabunlasan da yenə iy verəcklər - ..

EJDER 2019-05-05 12:56:56

HESAB EDIREM KI,NATEMIZ ADAMLARI HAMAMA BASMAQ LAZIMDI,WEREF ,WOHRET ORDENLERI ALANDA ...IYI VERMESINLER,LUKAWENKO CANI

PENSİYAÇI 2019-05-05 12:56:56

NESABLAMANI XURMA İLƏ ETMİRLƏR.MÜQAYİSƏ ÜÇÜÜN ÇOX İŞLƏNƏN ƏRZAQ,MƏSƏLƏN KARTOF,SOĞAN VƏ BU KİMİ MALLARLA EDİRLƏR.XURMA İLDƏ 1-2 DƏFƏ ÖZÜ DƏ 0.5-1 KQ.ALINIR.BU BÜDCƏYƏ ELƏ TƏSİR ETMİR.AMMA KARTOF,SOĞAN,YAĞ VƏ SAİR BU KİMİ MALLAR ÇOX VƏSAİT APARIR.XURMA QİYMƏTİ İLƏ MÜQAYİSƏ APARMAQ SİZLƏRİN HƏM DÜŞÜNCƏNİZİ VƏ HƏM DƏ İNSANLARA MÜNASİBƏTİNİZİ TƏSDİQ EDİR.
ELƏ SİZİN BELƏ MÜQAYİSƏLƏRİNİZ ANALOQU OLMAYAN İNKİŞAFDAN(TƏNƏZZÜLDƏN) XƏBƏR VERİR.BU DA GÖZ ÖNÜNDƏDİR.150-250 MANAT MAAŞLA PENSİYA İLƏ YAŞAMAQ MÜMKÜN DE

saxur 2019-05-05 12:56:56

Ela benzetme. 10 luq hedef noktesi)

Müfəttiş 2019-05-05 12:56:56

Yəni bunlar başa düşəcəklər ki, Siciliya ilə bağlı müqayisədə nə demək istəmisiniz?....

Kamal 2019-05-05 12:56:56

Azərbaycan statistika darəsinin rəqəmlər "Sizi hansı rəqəm qane edir" prinsipi ilə əsassız olduğunu hər addımda sübut etmək münkündür.Ona görə onların rəqəmlərini əsas götürüb müqayisələndirmək kökündən yanlışdır.Məsələn işsizliyin 5 faiz,inflyasiyanın 2,3 faiz olmasına kim inanar?Bu kökündən yanlş deyilmi?Belə statistikaya inanaraq əhalini aldatmaq.analoqu olmayan inkişafdan bəhs etməyin yanlış olduğunu hamı görür və anlayır.Bəs bu yalan kimə lazımdır və nə üçün?Hamı görür və üzərində hiss edir ki,yalandı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol