Xəbər verdiyimiz kimi, Türkiyənin Yüksək Seçki Komissiyası (YSK) İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçkilərinin nəticələrini ləğv edib. İyunun 23-də təkrar seçkilərin keçirilməsi qərara alınıb.
"AzPolitika.info"nun məlumatına görə, YSK Əkrəm İmamoğluna verilmiş bələdiyyə sədri mandatını (mazbatasını) da ləğv edib. Təkrar seçkinin nəticələri elan olunana qədər İstanbul Böyük Şəhər Bələdiyyə başqanı vəzifəsini şəhər valisinin müavini həyata keçirəcək.
Qeyd edək ki, Əkrəm İmamoğlu seçkilərdən 17 gün sonra İstanbul Böyük Şəhər Bələdiyyə başqanı mandatını ala bilmişdi.


Şərhlər