Menu

3 yaşlı uşaq su quyusuna düşüb öldü

07.05.2019, 10:03
3 yaşlı uşaq su quyusuna düşüb öldü

Samux rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun Sarıqaya kəndində baş verib.

Kənd sakini, 2016-cı il təvəllüdlü Süleymanov Rəsul Fərhad oğlu həmin kənddə Sahil küçəsində evlərdən birinin həyətində oynayarkən üstü açıq su quyusuna düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol