Menu

Qırğızıstan hökuməti Gömrük İttifaqına qoşulmasını sənədləşdirdi

30.08.2014, 14:25
Qırğızıstan hökuməti Gömrük İttifaqına qoşulmasını sənədləşdirdi

Qırğızıstanın Nazirlər Kabineti ölkənin Gömrük İttifaqına daxil olması üçün vacib olan son qanunlar paketini təsdiq edib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Qırğızıstanın baş naziri Coomart Otorbayevin sədrliyi ilə keçirilən iclasda ölkənin sözügedən ittifaqa qoşulması üçün 21 qanun təsdiqlənib.

Qanunlar paketi Qırğızıstan parlamentinə göndərilib.

Qeyd edək ki, 2015-ci ilin yanvarın 1-ə qədər Qırğızıstanın Görmük İttifaqına qoşulması gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol