Menu

Ramil Usubov Mədət Quliyevin qardaşı oğlunu yeni vəzifəyə təyin edib

07.05.2019, 21:43
Ramil Usubov Mədət Quliyevin qardaşı oğlunu yeni vəzifəyə təyin edib

Daxili işlər orqanlarında yeni təyinat olub.

ONA-nın xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Mətin Qulubəyli Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

M.Qulubəyli buna qədər Nizami RPİ-də çalışıb.

Qeyd edək ki, M.Qulubəyli Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin qardaşı oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol