Menu

ABŞ Çinin Arktika iddialarına qarşı çıxır - «Arktik və qeyri-Arktik ölkələr var, başqası yoxdur...»

08.05.2019, 00:05
ABŞ Çinin Arktika iddialarına qarşı çıxır  - «Arktik və qeyri-Arktik ölkələr var, başqası yoxdur...»

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo Finlandiyanın Rovaniemi şəhərində keçirilən Arktik forumda çıxış edərək, Rusiya və Çinin Arktikadakı fəaliyyətindən danışıb.

Dövlət katibi ən çox narahatlığını bölgənin Çin tərəfindən mümkün silahlandırılması məsələsinə yönəlik bildirib. Pompeonun fikrincə, bu məqsədlə Pekin özünün mülki tədqiqatlarının iştirakından istifadə edə bilər.

Vaşinqton diqqəti xüsusilə Arktikada potensial nüvə hücumlarına qarşı durmaq məqsədilə sualtı qayıqların yerləşdirilməsinə və Çin təhlükəsizlik qüvvələrinin bölgədə daimi iştiraka can atması məsələlərinə yönəldib.

Bununla əlaqədar olaraq, dövlət katibi Çinin arktikyanı statusuna qarşı çıxış edib və xatırladıb ki, hazırda Arktika şurasında bu ölkənin yalnız müşahidəçi statusu var.

«Çinin yaxın zamanlardakı fəaliyyəti onun niyyətləri baxımından şübhə doğurur. Pekin özünü «arktikyanı» ölkə adlandırır, ancaq Çin ilə Arktika arasındakı ən qısa məsafə 900 dəniz mili təşkil edir. Yalnız Arktik və qeyri-Arktik ölkələr var, heç bir bişqa ölkələr yoxdur» - Pompeo bəyan edib.

Bundan başqa, dövlət katibi xatırladıb ki, Rusiya Şimal dəniz yolunun «Bir kəmər-bir yol» təşəbbüsü çərçivəsində Çinin dəniz marşrutu ilə birlədirilməsi planını elan edib.

Bununla yanaşı, Pompeo ABŞ və Rusiyanın Arktikadakı əməkdaşlığını məhsuldar adlandırıb və bölgənin qorunması istiqamətində qiymətli səyləri alqışlayıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol