Menu

"Beynəlxalq Bank"ın 22,7 minlik səhm paketi satıldı

08.05.2019, 11:33
"Beynəlxalq Bank"ın 22,7 minlik səhm paketi satıldı

“Bakı Fond Birjası”nda mayda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmlərinin alqı-satqısı üzrə 2 əqd bağlanılıb.

“Finans.az”ın əldə etdiyi məlumata əsasən, təkrar bazarda bankın hər birinin nominal dəyəri 0,27 manat olan 10,7 minlik (2 886 manatlıq), 12 minlik (3 240 manatlıq) səhm paketləri satılıb.

Alqı-satqıda iştirak edən tərəflər haqda məlumat açıqlanmır.

Qeyd edək ki, 2019-cu ildə bankın səhmlərinin alqı-satqısı üzrə artıq 5 əqd bağlanıb. Belə ki, martın ortalarında təkrar bazarda Beynəlxalq Bankın 50 minlik (13 500 manatlıq), ötən ayda isə 14 minlik (3 780 manatlıq) və 13 minlik (3 510 manatlıq) səhm paketi satıldı.

Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı”nın səhmlərinin 91,40%-i Maliyyə Nazirliyinə, 3,76%-i Əmlak Məsələri Dövlət Komitəsinə,0,11%-i “Aqrarkredit” QSC-yə, 0,32%%-i hüquqi və 4,42%-i fiziki şəxslərə məxsusdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol