Menu

DSX rəisi Ermənistanla təmas xəttində - FOTO

08.05.2019, 11:41
DSX rəisi Ermənistanla təmas xəttində - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

E.Quliyev sərhəd döyüş mən­təqə­lərində xidmət edən şəxsi heyətlə görüşüb, Ermənistan silahlı qüv­və­lərinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və mü­dafiə infrastruktu­ru­nun yaradılması istiqamətində görülən iş­lə­rə baxış ke­çirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təh­lükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.

Şərhlər

Səməd 2019-05-08 11:41:00

DSX rəisinin vəzifəsidir də? Elçin Quliyev harada olmalıdir Kİ? Bizdə olduqca qəribə yanaşma tərzi var: General bəzənib düzənib mühafizəçilərin müşayəti ilə Bakı küçələrini gəzməlidir. niyə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol