“AzPolitika.info” xəbər verir ki, Ukrayna hökuməti qondarma Luqansk və Donetsk respublikaları ərazisində yaşayan ölkə vətəndaşları ilə bağlı yeni qərar çıxarmağa hazırlaşır. Bu barədə ölkənin veteranlarla iş naziri İrina Friz bəyan edib.
Nazir bildirib ki, zəbt olunan ərazilərdə yaşayan və Rusiya pasportu alan vətəndaşlar sosial müavinətlərdən və pensiyalardan məhrum oluna bilərlər. Nazir deyib ki, Rusiyanın beynəlxalq qanunların ziddinə hərəkət edərək, bütün hüquqi normaları və ölkənin suverenliyini pozmaqla sözügedən ərazidə yaşayan ukraynalılara pasport verməsi həmin insanları Ukrayna hökumətinin verdiyi pensiyalardan məhrum edəcək.
Hökumətin digər üzvü Vadim Çernış isə deyib ki, Ukrayna hökuməti ümumiyyətlə sözügedən ərazidə yaşayanlara verilən Rusiya pasportlarını tanımayacaq.
Ukrayna tərəfinin bəyanatlarına cavab olaraq, Rusiya Dumasının nümayəndəsi bildirib ki, rəsmi Kiyevin bu addımı həmin ərazidə yaşayanları pensiyadan məhrum etmək üçün bəhanədir. O, xatırladıb ki, hazırda Kiyevdə İsrail və Avropa ölkələri olmaqla, ikili vətəndaşlıq daşıyan çoxlu sayda ukraynalı var.


Şərhlər