Menu

Deputatlara əlavə xərclər üçün verilən vəsait iki dəfə artırılıb

09.05.2019, 00:53
Deputatlara əlavə xərclər üçün verilən vəsait iki dəfə artırılıb

Milli Məclisin deputatlarına əlavə xərclər üçün verilən vəsait iki dəfə artırılıb.

ONA-nın əldə etdiyi məlumata görə, deputatlara əlavə xərclər üçün verilən vəsaitin həcmi aprel ayından etibarən 730 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl deputatlara əlavə xərclər üçün 360 manat verilib.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə əsasən, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.

Şərhlər

Vətəndaş 2019-05-09 00:53:35

Deputatın nə əlavə xərci var?Əvvəlcə bunu açıqlayın.Onların əksəriyyəti öz əvvəlki işlərini davam etdirirlər və deputat sayılırlar.Hərçənd qanunla bu qadağan edilib.Məsələn Abel və başqaları.Ondan əlavə onların digərləri monopolist,biznesmendir və işlərini bu sahədə davam etdirirlər.Hələ bu azmış kimi deputat maaşı əsassız yerə 2 dəfə artırıldı. Digər tərəfdən parlament iclaslarında iştirak etməyən və ya az iştirak edən deputatlarımız var.150-250 manat maaş alan insanlarımız var.Bəs sosial ədalət?Utanmaq?

Mirzə AĞ 2019-05-09 00:53:35

Bu, Milli Məclisdirsə, deməli millət ölüb, yox, Milli Məclis deyilsə, deməli, millət yenə də ölüb!!!

Mirzə AĞ 2019-05-09 00:53:35

Deputat deməyin bunlara - "qonaqötrən" deyin!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol