Menu

Çempionlar Liqasında ikinci finalçı - "TOTTENHEM"

09.05.2019, 01:02
Çempionlar Liqasında ikinci finalçı - "TOTTENHEM"

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

"AzPolitika"nın məlumatına görə, "Ayaks" və "Tottenhem" komandaları qitənin bir nömrəli klub turnirində finala vəsiqə uğrunda cavab matçına çıxıblar. İngilislər qarşılaşmadan 2-3 hesabla qalibiyyətlə ayrılaraq, adlarını finala yazdırmağı bacarıblar. "Tottenhem"i finala aparan qolları 55, 59 və 90+6-da Lukas vurub.

Xatıradaq ki, Londondakı ilk görüşdə hollandlar minimal hesabla qalib gəlmişdilər.

Qeyd edək ki, "Tottenhem" finalda "Liverpul" ilə üz-üzə gələcək. Final matçı iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol