DOLLAR ÜÇQAT TƏZYİQƏ DÖZMƏYƏRƏK ÇÖKƏCƏK!  - Məzənnəsi ən azı 30 faiz enəcək

Mütəxəssislərin fikrincə, ABŞ-ın pul vahidi dünya ehtiyat valyutası statusunu çox tezliklə itirəcək

Amerika Birləşmiş Ştatlarının (ABŞ) pul vahidinin dünya hökmranlığı sona çatır - dollar yaxın illərdə dünyanın başlıca ehtiyat valyutası statusunu itirəcək. Bunu Federal Ehtiyat Sistemi (FES) etiraf edir. Nəhəng investorlar da bununla razılaşırlar. Bəs, nə üçün ABŞ Mərkəzi bankı və aparıcı maliyyəçilər dollara bu «cəza»nı kəsirlər?

ABŞ valyutası beynəlxalq ticarətdə açar rolunu saxlayır. Ancaq ilbəil dollara qarşı olan çoxsaylı amillər baş qaldırır. Lap yaxınlarda onun hökmranlığı başa çatacaq. Belə proqnoz «Liberty Street Economics» resursunda dərc olunmuş materialda əksini tapıb. Sözügedən resurs isə Nyu-York Federal Ehtiyat Bankına (FES-in açar bankı) məxsusdur.

ABŞ fond bazarlarında baş verən proseslər dövri olaraq investorları qorxudur və bu, digər ölkələrin bazarlarına da təsir edir. Bu zaman beynəlxalq valyuta sisteminə yenidən baxılması çağırışları və dollara alternativin tapılması məsələsi daha hündürdən səslənir.

Məsələn, Beynəlxalq Valyuta Fondunun (BVF) virtual valyutasından (xüsusi borc valyutası) istifadə məsələsi təklif olunur. Bu valyuta hazırda BVF çərçivəsindəki hesablaşmalarda istifadə üçün nəzərdə tutulub. Bundan başqa, 15-ə yaxın beynəlxalq və bölgəsel təşkilatlar bu valyutadan tariflərin və qiymətlərin müəyyən olunması zamanı hesablaşma vahidi qismində istifadə edirlər.

Bu baza əsasında yeni dünya valyutasının yaradılması ideyası ilə hələ 2009-cu ildə Çin Xalq Respublikası (ÇXR) çıxış edib. Qlobal böhrandan sonra dünya iqtisadiyyatının bərpasına uyğun olaraq, bu təklif aktuallığını itrmişdi. Ancaq ticarət müharibələrinin başlanması ilə vəziyyət kəskin dəyişib.

Ekspertlər hələ də mübahisə edirlər: bu «sintetik valyuta» dollara tamhüquqlu əvəzləyici ola biləcəkmi? Bu zaman, müxtəlif ölkələrin mərkəzi bankları faktiki olaraq, ABŞ pul vahidinin qarşısında qapıların bağlanması istiqamətində konkret adımlar atmaqdadırlar - beynəlxaq ehtiyatlarda dolların payını azaldırlar.

Məsələn, Rusiya Mərkəzi bankı ötən il iyunun sonuna qızıl-valyuta ehtiyatlarında dolların payını iki dəfədən artıq azaldıb: 46 faizdən 22 faizə endirib. Qızıl-valyuta ehtiyatlarının beşdə biri - 100 milyard dollar - avroya və yuana keçirilib.

Çin, Hindistan, Türkiyə və Avropa İttifaqı (Aİ) da hesablaşmalarda ABŞ valyutasından istifadəni məhdudlaşdırmaq istiqamətində konkret addımlar atırlar.

Analitiklər əmindirlər ki, ehtiyatlarının böyük hissəsini dollarla saxlayan mərkəzi banklar ABŞ dolarından get-gedə daha fəal şəkildə «can qurtaracaqlar». Ötən ilin ikinci rübündə ümumdünya ehiyatlarında avronun payı 20,26 faizə qalxıb. Bu da Amerikanı böyük problemlərlə hədələyir.

«Dolların indiki başlıca ehtiyat valyutası statusu ABŞ iqtisadiyyatını xarici təlatümlərdən təcrid edir. Beynəlxalq bazarlarda bu valyutanın dominat rolunu itirməsi böyük neqativ nəticələr vəd edir - ilk nöbədə, emitent üçün, yəni ABŞ üçün» - deyə, Nyu-York Federal Ehtiyat Bankının vitse-prezidenti Linda Qoldberq qeyd edib.

İlk baxışda hazırkı dövrdə dolları elə də ciddi təhlükə gözləmir. Valyuta bazarlarının tədqiq olunması üzrə ixtisaslaşmış «A. G. Bisset Associates» təşkilatının başçısı, tanınmış maliyyəçi Ulf Lindal xatırladır ki, dollar tarixi rekord vurur. Belə ki, digər açar valyutalara nistətən, dollar son 30 ildə yüksək səviyyəyə yüksəlib.

Lindal iddia edir ki, tezliklə vəziyyət dəyişəcək: dollar uzunmüddətli enişə qədəm qoyacaq. Maliyyəçinin qiymətləndirməsinə görə, yaxın 5 ildə ABŞ valyutası avroya nisbətən 40 faiz ucuzlaşacaq. Bundan əvvəl, ABŞ analitiklərinin hesalamaları göstərib ki, enmə prosesi 2019-cu ilin sonunda başlanacaq və dollar bu enişi «dəf edə» bilməyəcək.

«Son nəticədə, uzun illər boyu bizi dolların enməsi gözləyir. Gələn ilin ikinci yarısında biz, ABŞ valyutasının zəifləməsinin şahidi olacağıq» - deyə, «JP Morgan»ın analitikləri qeyd edirlər.

Mütəxəssislərin fikrincə, dolların enişi «ahəstə» olmayacaq və hansısa bir məqamda o, üçqat təzyiqə (büdcə defisiti, ticarət balansı və cari əməliyyatların hesabı) dözməyərək, sadəcə, çökəcək.

Üçqat defisit ABŞ dövlət qiymətli kağızlarının əcnəbi alıcılarını qorxudacaq. Bu da dolların məzənnəsinin ən azı 30 faiz enməsi ilə nəticələnəcək. Bu halda ABŞ-ın pul vahidi mütləq dünya ehtiyat valyutası statusunu çox tezliklə itirəcək.

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Фирудин насанов 2019-05-09 11:41:29

100% итиречек йа да доллар йалныз ве йалныз игтисадиууат учун инструменте чеврилмелидир.

Geber 2019-05-09 11:41:29

Hər bir kosmik göstərici natural iqtisadiyyatın zərəri hesabına başa gəlir. Sitatin sonu Heasabdar / Əla sitatdir . Bir balaca düzəliş edərdim , lakin bu mənim ğələcək biznesim olduqu ücün düzəlişi qarğa dilində edirəm , ki bir anda : nəsə parlasin sonra sönsun oxuyan desin , ki bunu maymaq və savadsiz yazib . Dollar haqqinda bir milyon akademik rəy olsa da belə , bu rəylər dollarda olan milyardlarla ğörunməz kölğələri işiqlandirarar , hərəni özünün düzğun yanaşmasinda inandirar . necə ki hər müsəlman dini dahaa dəqiq anlandiqini diğərinə isbat edir . Bu Məhəmmədin kibernetik şüür ğizlənpacidir , hami təklikdə öz qqəlbində düzdür , diğəri ücün yox : öz düzğününün iki qəpik qiyməti yoxdürsa , lakin hamiliqla böyuk düzğün Allahin səhmlərini artirir . Bu tipli primitiv əlifba həqiqəti insan beyninə yerləşməsi mümkünsüzdür o ki qalib kecim üçmərtəbəli anlayişlara . Hesabdar ğözəğörunməz bucaqin birini sitati ilə işiqlandirdi , lakin bu necə baş tutur? ,ki dollar istənilən qeyri iqtisadiyyatin ruhu ilə qidalanir sən onu siqaret kimi cəkirsən və zəəhmətin tüstü ilə ücüb ğedir bu fenomenin riyazi rəqəmlərlə təsdiqi mümkünsüzdür. Məhəmmədin Allaha , çinlilərin DAO iroqlifinə verdikləri sifətlər dollarda vardir . Çinlilərin inanci boşluq olan DAO –nun nə iyi nə nəfəsi , nə də ki oxşari vardir , nə ğözə ğörunər nə də ki yuxuna . lakin dollara əlin dəyir . deməli dollar DAO iroqlifdən fərqli ələ dəyir . Rabi Ayşlaq kaballa elminin şuur həndəsəsinin ixtiracilarindan biri yazirdi : Руки всех касается их, много чернил пролито но все же в нем нет знания ясного и достаточного . Раби Элизардан Раби Лайтмана qədər milyonlarla təsfirlər vardir , ki bu taxildir çörəkdir haminin əli çörəyə dəyir onda çernil yəni ğöz yaşlarin var , üstünə çernilli yağiş yağsa da belə , insanin çörək tapmaq haqqinda dəqiq məlumati ola bilməz vəsairə. Bəlkə bu qadindir: haminin əli dəyir ona , pullari batir ya batmir , lakin bizim qadin haqqinda tam anlayişimiz ola bilməz : tapan qaçir tapmayan axtarir və ya rusca qadin ona** -di kişi on ** bəlkə bu nə meyvədir nə də tərəvəz , elə yemişdir yəni üçüncü cismani canli və sairə .Biri yazir , ki bu spermadir yəni ki murəkkəb hami toxum atir və sairə . Dostum bəlkə bu dollardir və ya manat haminin əli dəyir ona , çoxlu çernil səpələnib üstünə , lakin müsəlmanin əli dəyddiyi dollar haqqinda dəqiq məlümati ola bilməz , onun şüür əmsali dollari anlayişina iki cahan kimi siğa bilməz , müsəlman rus , özbək kazax və bu qəlpdən olanlar dollar əmsalini dartan at ğücü ola bilər , lakin atin yiiyəsi yox , bu ğözə ğörunməz real Allahi kəşf edib Əllədinin lampasina yerləşdirən insanlari heç kim heç vaxt ğözü ilə ğörə bilməz əks halda sirr faş olar. Bu haqda belə desəm yerinə düşər : “ Bu nə sirrdir ki , əli dəyən hamiya olsa da pir , səninçün olacaqdir qəzəbli şir .” Əcaba möcuzəyə baxin Səudiyyə krali ğuya amerikaya rüşvət vermək istəyəndə düşünürmü , ki Amerika ücün bir milyard dollar 50 ton kağiz və kraskadir ? əsla yox bu Səydiyyə Kralinin beynində yerləşə biləcək Pİ rəqəmi deyil. Fransuz Laqranj bu haqda ölümündən qabaq demişdi :-“ ölü yuyanlarla qəbir qazanlarin riyazi hesablamalari bizlərin hesablamalarindaan daha dəqiq və fərqlidir “

Hesabdar 2019-05-09 11:41:29

Bu gün dolların düşməsi 30 il yubadılan Qarabağ siyasəti kimi "görünür". Ekyü, Avro, Yuan və sairin dollara rəqib olması üfüqdə görünmür. İqtisadi bazasız Azərbaycan 15 ildir strateji, dinamiki və dayanıqlı inkişafdadır! "Beş min kənd, 75 rayon-şəhərimizin məhsulu isə dünyanın tələbini ödəyə bilmir?" Reallıqda isə büdcəmizin azı yarısı BBritaniya və ABŞa aiddir. Çinin 200 milyardlıq məhsulu da ABŞ-ındır. Öz çörəyimiz belə yoxdur. Hər bir kosmik göstərici natural iqtisadiyyatın zərəri hesabına başa gəlir.

Qabil 2019-05-09 11:41:29

Dollar hələ uzun illər dünyada öz qüdrətini saxlayacaq.

Son yazılar