Menu

"O uşaqdan popkorn almaq lazım idi..." - Aydın Mirzəzadə deputat həmkarına dərs verdi

09.05.2019, 12:15
"O uşaqdan popkorn almaq lazım idi..." - Aydın Mirzəzadə deputat həmkarına dərs verdi

Milli Məclisin deputatı Aydın Mirzəzadə həmkarı Rasim Musabəyovun "Azneft" meydanındakı yeraltı keçiddə uşağın popkorn satması ilə bağlı etdiyi etirazlara münasibət bildirib.

Millət vəkili sosial şəbəkədən paylaşdığı yazıda bu məsələdən çox təsirləndiyini vurğulayıb:

“O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi.

Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, verdiyimiz puldan ona həmin gün azacıq da olsa, pul qalaydı”.

Qeyd edək ki, deputat Rasim Musabəyov “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə uşağın popkorn satmasına etiraz edərək azyaşlının vergidən yayındığını, ətrafı popkorn qoxusu bürüdüyünü bildirib. Nəticədə uşaq popkorn aparatı ilə birlikdə ərazidən çıxarılıb.

Şərhlər

Akif 2019-05-09 12:15:26

Aydin,senin ne menevi haqqin var basqalarindan danisirsan,senin kimi ....adam varmi?

Назрин 2019-05-09 12:15:26

Aydin Mirzezade kimi deputat susmalidir,cunki dedikleri ile emelleri uygun deyil.evvela hemkarina hormetsizlik edit sonra da onun ozunun doymediyi ve dilenmediyi qapi yoxdur

Lətif 2019-05-09 12:15:26

Ay Mirzəzadə,Musabəyovun sənin dediklərinə mərifəti çatmadlı.... Saytda çıxış etməkdənsə deyərdin ki,sən bu faktın dalınca getdin,uşağa pal-paltar,məktəb ləvazımtı aıdın.ailəsini harada hansı maaşla işlə təmin olunmasını təmin etdin.Bu olardı ciddi Yoxsa kimisə müzakirə etməklə ....Sizin kimi deputat yalnız zəif iqtidara gərəkdir.özünüzə layiq olmadığınız maaş artırırsınız.millətin güzəranı vecinizə deyil.

Mehdi 2019-05-09 12:15:26

Saq olun,Aydin muèllim Uzden xossifet adamlarin medeniyyeti,insanliqi,urektemizliyi yaxsi insan olmaqi o deqiqe bilinir.Siz de hemin dediyim xos sifet insanlardan birisiniz.Biliremki sizin kimi adamlardan insanlara hec vaxt ziyan gelmez.Mundar sifet adamlardan hemise mundar sözler mundar isler gözlenir vallah.Ne ise Aydin muellim cox saq olun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol