Menu

Avtovağzal şlaqbaumla cib soyur: “Heç bir ölkədə belə biabırçılıq yoxdur”

09.05.2019, 14:04
Avtovağzal şlaqbaumla cib soyur: “Heç bir ölkədə belə biabırçılıq yoxdur”

“Əsas olan vətəndaşların soyulmasıdır. Vətəndaşı harada soymaq mümkündürsə, orada da soyurlar”

“Vətəndaş avtovağzala və yaxud başqa yerə niyə pul ödəməlidir? Bu harada görülüb?!”

Qanunvericiliyə görə, dövlət mülkiyyətində olan əraziyə girişə heç kim qadağa qoya bilməz. Amma nədənsə Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu qaydanı istisna edir. Məlumdur ki, kimisə qarşılamaq və yaxud yola salmaq üçün avtomobillə avtovağzala daxil olan hər kəs 1 manat ödəniş tələb olunur. Oradakı "başbilənlər” isə "gözdən pərdə asmaq” üçün formal xarakterli qəbz verirlər. Qəbzdə ödənişin qanuni olmasına dair heç bir məlumat yoxdur.

Avtovağzalda cəmi 5 dəqiqə müddətinə qalsalar belə,sürücülərdən bu məbləği ödəmək tələb olunur. Əks təqdirdə ərazini tərk etmək istəyərəkən yolu şlaqbaum kəsir. Hər gün yüzlərlə nəqliyyat vasitəsinin kompleksə daxil olduğunu nəzərə alsaq şlaqbaum vasitəsilə ciblərə gedən məbləği təyin etmək bir qədər çətinləşir.

Bəs, bu qanunsuzluğa niyə göz yumulur və buradan gələn gəlir hara sərf olunur?

Sualımızı cavablandıran millət vəkili Fazil Mustafa "Sherg.az”a açıqlamasında baş verənləri normal qarşıladığını deyib:

"Çünki, Azərbaycanda qanunlardan çox qaydalar işləyir. Onsuz da əksər qurumlar qanunları tanımır. Dayanacaqlarda yığılan pulların heç biri dövlət büdcəsinə getmir. Guya maşınlar saxlanılan yerlərdə qayda-qanun yaradılıb. Avtovağzalda da təqribən eyni vəziyyət müşahidə olunur. Biz düzələ bilmirik. Ümumiyyətlə, hər şeyə rüşvət vasitəsi kimi baxılır. Ona görə də həmin yerlər kimin əlindədirsə, fikirləşir ki, buradan da pul qazanım.

Əsas olan vətəndaşların soyulmasıdır. Vətəndaşı harada soymaq mümkündürsə, orada da soyurlar. Heç kim buna qarışa bilmir. Günorta vaxtı ağacı kəsib qırağa atırlar, yaxud da dibinə kislota töküb məhv edirlər. Onda bir adama söz deyən oldumu? Çünki qaydalar belədir və qaydalara da dözməyimiz lazımdır. Ölkədə qanun işləmir.

Vətəndaş avtovağzala və yaxud başqa yerə niyə pul ödəməlidir? Bu harada görülüb? Adi dayanacaqlarda belə biabrçı vəziyyətdir. Məsələn, dayanacaqlarda 1 saatdan 1 dəqiqə artıq qaldınsa, 2 manat ödəməlisən. Dünyanın heç bir yerində belə biabırçılıq yoxdur”.

Parlament üzvü vurğulayıb ki, dövlət hesabına tikilən hər bir yerə özəl mülkiyyət kimi baxıldığı üçün belə problemlər yaşanır:

"Belə hadisələrin yaşanmasına səbəb ümumi korrupsiya probleminin olmasıdır. Azərbaycanda korrupsiyaya qarşı hər hansı bir əlac yoxdur. Əldə olunan gəlirlərin heç biri dövlət büdcəsinə daxil olmur. Büdcənin yükünü çəkən də yazıq sahibkardır. Sahibkardan qəpiyə qədər tələb olunur, amma yığılan pullar ayrı-ayrı ciblərə gedir. Problemin kökü bundadır”.

Şərhlər

Sərnişin 2019-05-09 14:04:03

Qəribəsi budur ki,hansısa qurumun NAZİRini dəyişirlər,aləm biri-birinə qarışır,qovha-qov başlayır.kimlərsə haqsızlıqlara məruz qalır,işdən qovulur.Aşağ təbəqə də elə bilir ki,qurumun NAZİRi dəyişidisə vəssəlam-qayda qanun yaradılacaq.)Ancaq hər şey əksinədir.Köhnə hamam-köhnə tas.Misal üçün-Rabitə naziri dəyişildı.Nə olsun ki.NRYTN əvvəlkisindən qat-qat bərbad vəziyyətdədir.Eyni ilə də digər NAZİRLİKlərdə.Rüşvətə qarşı ciddi tədbir görülməsə belə halların qaşısı alınmayacaq.Əksinə daha da artacaq

Sərnişin 2019-05-09 14:04:03

Qəribəsi budur ki,hansısa qurumun NAZİRini dəyişirlər,aləm biri-birinə qarışır,qovha-qov başlayır.kimlərsə haqsızlıqlara məruz qalır,işdən qovulur.Aşağ təbəqə də elə bilir ki,qurumun NAZİRi dəyişidisə vəssəlam-qayda qanun yaradılacaq.)Ancaq hər şey əksinədir.Köhnə hamam-köhnə tas.Misal üçün-Rabitə naziri dəyişildı.Nə olsun ki.NRYTN əvvəlkisindən qat-qat bərbad vəziyyətdədir.Eyni ilə də digər NAZİRLİKlərdə.Rüşvətə qarşı ciddi tədbir görülməsə belə halların qaşısı alınmayacaq.Əksinə daha da artacaq

yalçın 2019-05-09 14:04:03

Türkiyədən və geriyə olan gediş qiymətlərini yanaşdırın..daha bir aşkar talançılıq apaydın görünəcək...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol