Menu

Kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan şəxs qətlə yetirilib - VİDEO

10.05.2019, 08:05
Kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan şəxs qətlə yetirilib  - VİDEO

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

"Report" xəbər verir ki, İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib.

Həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Binəqədi rayon Prokurorluğundan ONA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, İsrafil Həşimov küçəsində iki nəfəri bıçaqlamaqda şübhəli bilinən bir nəfər şəxs saxlanılıb.

Hadisə ilə bağlı yeni məlumat əldə edilib. Belə ki, qətli törədən şəxs Emil Səfərova məxsus hərəkətdə olan “BMV” markalı avtomobilin arxa oturacağına əyləşib bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Emilin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib.

 

Şərhlər

Nizami 2019-05-10 08:05:00

Maraqli olan hal odur ki Emin Seferovu oldurmekde subheli bilinen Zaur Yusifov evveller cinayet mesuliyyetine celb olunub ve hebsde olmusdur. Buna baxmayaraq Dovlet Miqrasiya Xidmetine ise qebul olunub. Bu ise DMX-nin muvafiq senedlerine ziddir. Onun DMX-de ise qebul olunmasi ucun musbet rey vermis komissiya uzvlerinden bu barede sorusan olacaqmi??? Bildik Firudin Nebiyev getdi, bes diger komissiya uzvleri hebsed olan adamin ise qebulu ucun niye musbet rey veribler? Jurnalistler bu suala cavab sizlikdir1

t.ədalət 2019-05-10 08:05:00

Qətlə görə edam hökmü olmayana kimi belə olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol