Menu

Malmoda restoranda güclü partlayış olub

10.05.2019, 09:41
Malmoda restoranda güclü partlayış olub

İsveçin Malmo şəhərində restoranlardan birində güclü partlayış olub.ONA TASS-a istinadla xəbər verir ki, bu barədə “Barometern” nəşri yazıb.

Partlayış nəticəsində ölənlər barədə məlumat verilməsə də zərbədən restoranın pəncərələrinin sındığı, dağıntıların olduğu bildirilir.

Yanğın qeydə alınmayıb. Hazırda İsveç polisi hadisə yerindədir. Mühəndis-istehkamçı qrup tərəfindən partlayışın səbəbləri müəyyənləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol