Menu

Fətullah Gülənin yeni müttəfiqi üzə çıxdı

31.08.2014, 10:19
Fətullah Gülənin yeni müttəfiqi üzə çıxdı

“Paralel hökumət” qruplaşmasının yeni müttəfiqi üzə çıxıb

Türkiyənin müxtəlif vilayətlərindəki Türkiyə bayraqlarının endirilməsində Fətullah Gülənə məxsus olduğu iddia edilən “paralel hökumət” qruplaşması üzvlərinin əli olduğu məlum olub.

ANS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatında xəbərlər yayılıb. Xəbərlərdə qeyd olunub ki, başda Diyarbəkir olmaqla Türkiyənin digər bölgələrində həyata keçirilən bayraq endirmə, terrorçu heykəli aksiyalarının arxasında “paralel hökumət” qruplaşmasının üzvləri durur.

Türkiyə Ədliyyə Nazirliyinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, sözügedən qruplaşma üzvləri ölkədəki hökuməti çətin vəziyyətə salmaq üçün müxtəlif planlar hazırlayıblar.

PKK-nın biri qolu olan TAK-ın “Paralel hökumət” qruplaşmasının yeni müttəfiqi olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol