85 yaşlı kişini kəlbətinlə döyərək öldürməkdə ittiham edilən Sakit Mirzəyevin məhkəməsi bitib.
Bakupost.az-ın məlumatına görə. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliövsət Abbasov S. Mirzəyevə 18 il həbs cəzası verib.
Hadisə ötən il avqustunda Bakının Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağızadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib. Polis qəsəbə sakini, qətlə yetirilmiş şəxsin qonşusu, 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğlunu saxlayıb.
Məlum olub ki, S.Mirzəyev 85 yaşlı kişini kəlbətinlə döyərək öldürüb.


Şərhlər