Menu

Mətbuat Şurası Elmar Hüseynovun qətli ilə bağlı DTX-ya müraciət edib

10.05.2019, 21:35
Mətbuat Şurası Elmar Hüseynovun qətli ilə bağlı DTX-ya müraciət edib

Azərbaycan Mətbuat Şurası (MŞ) jurnalist Elmar Hüseynovun qətli ilə bağlı məsələnin araşdırılması, günahkarların tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi işinin sürətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət ünvanlayıb.

Şuradan musavat.com-a verilən məlumata görə, müraciətdə bildirilir ki, MŞ mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirib. Ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərlərinin, media ekspertlərinin və jurnalist birliklərinin təmsilçilərinin qatıldıqları toplantının iştirakçıları bu qərara gəliblər ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun 2005-ci il mart ayının 2-də törədilmiş qətlinin araşdırılması sürətləndirilməli və cinayəti törədən(lər) tezliklə tapılmalı, layiqli cəzalarını almalıdırlar.

Müraciətdə Elmar Hüseynovun 2005-ci il mart ayının 2-də törədilmiş qətli ilə bağlı cəzasızlığın davam etməsinin narahatlıq doğurduğu vurğulanıb. Bildirilib ki, jurnalist qətli hər bir ölkənin beynəlxalq imicinə mənfi təsir göstərən hadisədir: “Bu mənada müəyyən siyasi qüvvələrin günahkar(lar)ın hələ də tapılıb cinayət məsuliyyətinə cəlb edilməmələri səbəbi ilə manipulyasiyalara yol vermələri də narahatlıq doğurmaqdadır”.

DTX rəisi, general-polkovnik Mədət Quliyevə ünvanlanmış müraciətdə həmçinin ölkə jurnalistikası üçün böyük önəm daşıyan məsələyə həssas yanaşılacağına inam ifadə olunub.

Şərhlər

Ştirlis Kürov 2019-05-10 21:35:44

Z.Bünyadov, Ə.Ansutski, Ş.Rəhimov, A.Cəlilov, E.Hüseynov və Neft institutuna qarşı killer sifarişçiləri əhaliyə və dövlətə məlum olmalıdırlar. Sən demə, son günlər Brüsseldə ölmüş və 1981ci ildə Azərbaycan guya milis işinə gətirilmiş agent Mustafayev də əslində çoxdan xalqımıza və dövlətimizə qarşı geniş satqınlıq fəaliyyəti göstərirmiş?

SUAL 2019-05-10 21:35:44

əFLATUN QAĞA ELMARIN QƏTLİNDƏ GUNAHKAR OLANLARIN TAPILIB İSTİNTAQA VERİLMƏSİ HƏR BİR VƏTƏNDAŞIMIZLA YANAŞI JURNALİSTKAYADA BÖYÜK ÖNƏM VƏ DİQQƏT OLARDI.AMMA UNUTMA Kİ HƏR GÜN BİR JURNALİST ÖLÜR. FİZİKİ OLMASA DA, MƏNƏVİ CƏHƏTDƏN ÖLÜR.ELƏ SİZİN KİMİLƏRİNİN UCBATINDAN DEYİM MƏNİ QINAMASINLAR.SİZİN MƏTBUAT NÜMAYƏNDƏLƏRİNİN, HƏQİQƏT CARCILARININ, DOĞRU-DÜRÜST MƏLUMAT ALIB, HAZIRLAYIB, YAYANLARIN BAŞINA GƏLƏNLƏRDƏN XƏBƏRİNİZ OLSA BELƏ HEC BİR VİCDAN BORCUNUZU YERİNƏ YETİRMƏMƏYİNİZDƏN DANIŞIN RİCA EDİRƏM.OLURMU?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol