Menu

Anadolu Agentliyinin müxbiri qar uçqununa düşüb

10.05.2019, 21:39
Anadolu Agentliyinin müxbiri qar uçqununa düşüb

Türkiyənin Anadolu Agentliyinin müxbiri Abdülkadir Nişançı qar uçqununa düşüb.

ONA Anadolu Agentliyinə istinadla xəbər verir ki, müxbir Abdülkadir Nişançı Bayburt –Trabzon arasında olan yolun açılışını izləyən zaman qar kütləsinin qopması nəticəsində uçqunun altında qalıb.

Müxbirin həyatını xilas etmək üçün polis və təcili yardım hadisə yerinə gəlib.

Axtarışa 100 insan, texnika və polis iti cəlb olunub, axtarışlar davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol