Menu

Ukrayna tutduğu rus desantlarını və diplomatları buraxdı

31.08.2014, 12:10
Ukrayna tutduğu rus desantlarını və diplomatları buraxdı

Avqustun 31-də səhər saatlarında Ukrayna Donbasda tutulan 10 Rusiya hərbçisini Moskvaya qaytarıb.

Bunu Qərb agentlikləri Rusiya mediasına istinadla xəbər verir.Frans Press agentliyinin məlumatına görə, Rusiya bunun əvəzində Rusiyaya keçmiş 63 Ukrnaya hərbçilərindən bəzilərini geri qaytarıb. Agentlik dəqiq say göstərmir.

Həmin 63 Ukrayna hərbçisi ötən çərşənbə günü Rusiya ərazisinə keçənlərdir.

Rusiyalı general-mayor Alexei Ragoziun deyib ki, “danışıqlar asan olmayıb.”

Avqustun 25-də Donbasda tutulan rusiyalı hərbçilər Rusiyanın 98-ci hava-desant diviziyasında qulluq edir. Rusiya onların sərhəddi təsadüfən keçdiyini iddia edir.

Ukrayna təhlükəsizlik qüvvələrinin keçirdiyi mətbuat konfransında rusiyalı desantçılar deyiblər ki, onlar Ukrayna ərazisinə gətirilmələrindən xəbərszi olublar və Ukrayna ordusu ilə vuruşmaq fikirində olmayıblar. Rusiyalı hərbçilərin dediyinə görə, onların gedəcəyi marşrut yalnız zabitlərə məlum olub.

Ukraynanın bildirdiyinə görə, Ukrayna ərazisində rusiyalı hərbçilər vuruşur. NATO-nun məlumatına görə, belə hərbçilərin sayı azı 1000 nəfərdir

Bundan əlavə Rusiyanın Ukraynadakı səfirliyinin mühafizə xidmətinin Kiyevdə saxlanılmış əməkdaşları azadlığa buraxılıblar. Diplomaik missiyanın işçiləri Rusiyaya qayıdıblar.

Xatırladaq ki, onların saxlanması haqqında 29 avqustda məlumat yayılmışdı. Rusiya XİN bildirmişdi ki, səfirliyin mühafizə xidmətinin əməkdaları gündüz kafedən çıxarkən saxlanıblar. Ukrayna hökuməti onları qranat saxlamaqda şübhəli bilib. Sonra məlum olub ki, saxlanılanlar diplomatik pasport təqdim etsələr də UTX-yə gətiriliblər.

Qeyd edək ki, 30 avqustda Kiyevdəki Rusiya səfirliyi daha iki əməkdaşının yoxa çıxması haqqında xəbər yayıb. Səfirliyin üçüncü katibi Anndrey Qolovanov və attaşe Mixail Şorin Kiyev DİN rus diplomatlarının saxlanması faktını təkzib edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol