Menu

Bakıda bir ailə küçəyə atıldı - İcazəmiz olmadan evimizi sökdülər +VİDEO

11.05.2019, 14:21
Bakıda bir ailə küçəyə atıldı - İcazəmiz olmadan evimizi sökdülər +VİDEO

Bakının Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, dalan 6, ev 3-də yaşayan ailənin evi onların icazəsi olmadan sökülüb. Belə ki, bir müddət əvvəl Ələkbər Salamova aid, sahəsi 20 kvadratmetr olan evin sökülməsi üçün Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri ailəyə 31 min manat pul təklif edib.

Ancaq verilən məbləğlə razılaşmayan Salamovlar evlərinin sökülməsinə etiraz ediblər. Ailə iddia edir ki, buna baxmayaraq, əlində heç bir rəsmi göstəriş olmadan özlərini Nəsimi RİH nümayəndələri kimi təqdim edən şəxlər evi söküblər.

Ailə deyir ki, icra nümayəndələri icazəsiz söküntü aparmaları ilə, yanaşı onlara güc tətbiq ediblər. Hazırda evsiz qalan Salamovlar ailəsi təklif olunan məbləğlə razılaşmır, əvəzində isə həmin ərazidən yeni ev tələb edirlər.

Baku TV-nin əməkdaşları ərazidə olan icra nümayəndələrindən məsələ ilə bağlı açıqlama almaq istəsələr də, icra nümayəndəsi suallara cavab verməkdən imtina edərək, ərazidən uzaqlaşıblar.

Şərhlər

t.ədalət 2019-05-11 14:21:52

Ölkədə növbəti hay-küyü müxalifət deyil,qara gözlü icra başçılarının hazırladıqları narazılar salacaq.Mülkini itirmiş adamları susdurmaq çətin olur..

t.ədalət 2019-05-11 14:21:52

Allahın səbrinin tükəndiyi vaxt var.Gərək terrorçu kimi hərəkət edənlər Allahdan qorxsunlar.Burası da var ki, əzazillərin sonu olmur.Onlar nəsillikcə məhv olurlar..

bakili 2019-05-11 14:21:52

insanlari bele incitmek olmaz-haqsiz yere boyyuk gunah

Rasim Cavadov 2019-05-11 14:21:52

Bunların atasına rəhmət ki hec olmasa 31 min verirlər. Mənim Abşeronda 120 km qeyri yaşayış obyektimi rayon İHB Zakir Fərəcov sökdürüb, 50 min manat məbləğində əmlakın talanıb və ərazi Vites Ekspress tikinti şirkətinə satılsa da, mən Rasim Cavadova bir manat belə ödənilməyib. Buna sözunuz nədir? Məgər Azərbaycan hüquqi dövlət deyilmi ki, qocu dəstəsilə idarə olunur? Bəs bizim mülkiyyət hüququmuzda necə oldu? axi mənim dövlət qeydiyyatına alınmış obyektim olub.

Xan Şüşinski 55 2019-05-11 14:21:52

Bizim evlərimizi də Nərimanov RİH Asan xidmətə dayanacaq tikmək adıyla Ege hospitalın sahibi Hacı Rafiq üçün alıb yerində dayanacaq və özəl obyekt tikmək istəyirlər. Nə üçün park salınanda, yol çəkiləndə, dayanacaq tikiləndə villalar deyil kasıbların komaları sökülür və əvəzində az pul verilir.

Veteran 2019-05-11 14:21:52

Mene ele gelir rayonu "Ogru" qanunlari ile idare eden icra bawcisina ele analoji qayda da cavab vermek lazimdir. Cunki bu cur idarecilik yolu secen bir memur cetin bawqa dil bawa duwe biler!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol