Menu

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

12.05.2019, 15:10
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqə yarışında finala yüksəlib.

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan 26 yaşlı idmançı həlledici qarşılaşmayadək 4 görüşündən qalib ayrılıb.

O, ardıcıl olaraq, Avtandili Tçrikişvili, türkiyəli Mert Şişmanlar, hollandiyalı Yesper Smink və macarıstanlı Kristian Totu üstələyib. Həlledici qarşılaşmada Mehdiyevin rəqibi Nikoloz Şerazadişvilini (İspaniya) məğlub edən Nemanya Maydov (Serbiya) olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol