Menu

Səddam Hüseynin qızı haqqında şok iddia...

31.08.2014, 15:37
Səddam Hüseynin qızı haqqında şok iddia...

Raghadın atasının intiqamını almaq üçün İŞİD-ə yardım etdiyi bildirilir

İraqın keçmiş lideri Səddam Hüseynin qızı Raghadın İŞİD-ə maliyyə yardımı göstərdiyi üzə çıxıb.

ANS PRESS-in məlumatına görə, alman jurnalı “Der Spiegel” Raghadın İŞİD-in əsas maliyyə mənbəyi olduğunu iddia edib.

Jurnalda dərc olunan xəbərdə qeyd olunub ki, Ürdün vilayətində lüks bir həyat sürən xanım Hüseyn milyon dollarlıq sərvətə malikdir.

Sərvətin bir hissəsinin İŞİD-ə verildiyi bildirilib. Raghadın atasının intiqamını aldıqdan sonra iqtidara keçəcəyi də qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol