Menu

Uelsdə avtomobil yoluna təyyarə düşüb

12.05.2019, 17:00
Uelsdə avtomobil yoluna təyyarə düşüb

Bazar ertəsi səhər Böyük Britaniyanın Aberqavenni şəhərində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə yerli polisə istinadən ITV telekanalı məlumat yayıb.

Bildirilir ki, təyyarə avtomobil yoluna düşüb. Əraziyə "təcili yardım" briqadası cəlb olunub. Təyyarənin göyərtəsində olanlara tibbi yardım göstərilib.

Polis hadisə ilə əlaqədar yolu bağlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol