Menu

Polis Şöbəsində saxlanan şəxs özünü asıb

12.05.2019, 17:57
Polis Şöbəsində saxlanan şəxs özünü asıb

Şəkidə Polis Şöbəsində ölüm faktı qeydə alınıb

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə, şübhəli şəxs qismində Şəki Şəhər-Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılan rayon sakini 1987-ci il təvəllüdlü QalibTelman oğlu Məmmədov mayın 11-i saat 16 radələrində özünü asaraq intihar edib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

İ.Mustafaoğlu 2019-05-12 17:57:03

Polisdə saxlanılan şəxs Polis əməkdaşları tərəfindən nəzarət olunmalıdır.Saxlama kamerasında hər bir vətəndaşın saxlanılmasında Prokurorun və yaxud Məhkəmənin qərarı olmalıdır
və saxlanılan şəxsə nəzarət olmalıdır, nəzarətin olmaması Polisdə özbaşnalıqdan xəbər verir? Gəncin ölüm işi müayinə olunmalı,Ekspertdən keçməli,ölüm işi dəqiqləşdirilməlidir? Ölümün Polisdə baş verməsi,bir daha onu göstərir ki,Polis əməkdaşları öz vəzifə borclarını vicdanla yerinə yetirməmişlər? Cinayətkar cəzasız qalmamalıdır ?

Kamran 2019-05-12 17:57:03

Məlikməmməd müəllim,öz nağılınızı danışmayın!

Məlikməmməd 2019-05-12 17:57:03

BU necə polis idarəsidir ki,orada nəzarət yoxdur? Axı şübhəli şəxs polisə aparılıbsa nəzarət altında olur.Ölkə niyə bu günə düşüb?

Abbas Vəliyev 2019-05-12 17:57:03

Yetim şərə tab gtirməyib.Bu maddə Avropadakı kimi ləğv olunmalıdır.O zaman həm narkomaniya azalar,həm də insanlar şərlənməz.
Bu məsələ insanları ləkələmək,həbs etmək üçün polis idarələrində təkmil metoda çevrilib.Kim xoşa gəlməsə,öz düşüncəsini müdafiə etsə,bu metoddan (narkotik)istifadə edilməklə şərləyir və həbs edirlər.Bu metod aradan götürülməlidir.Siqaret belə istifdə etməyənlər polisin bu metodundan istifadə edilərək həbs olunur ,onlara rüşvət verilməsə,məhkəməyə verilir və həbsxanaya göndərilirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol