Türkiyə prezidentinin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun «Bild» qəzetinin guya, Ankara Rusiyadan S-400 zenit-raket sistemi (ZRS) almaq üzrə sövdədən imtina etmək niyyətində olduğu barədə yaydığı informasiyanı təkzib edib.
«Sizin mənbələr yanılırlar. İnformasiyanı məndən alın: S-400 sövdəsi başa çatmış işdir» - deyə, Altun öz «Tvitter» səhifəsində yazıb.
Bundan əvvəl, «Bild» qəzeti guya, Türkiyənin diplomatik dairələrinə istinad etməklə, yaşmışdı ki, Türkiyə hakimiyyəti respublikada iqtisadi vəziyyətin pisləşməsi və lirənin məzənnəsinin düşməsi səbəbilə, Rusiyadan S-400 sistemi almaq barədə qərarına yenidən baxmaq niyyətindədir. Qəzetin yazdığına görə, həm də Moskva ilə bu sövdəyə ABŞ-ın mümkün sanksiyaları təsir göstərə bilər.
Rusiyadan S-400 sistemləri almaq barədə kontraktın imzalanması faktı 2017-ci ildə təsdiqlənib. Sövdəyə əsasən, Türkiyə tərəfi bu sistemin iki yox, bir alay komplektini almalıdır. ABŞ tərəfi bu sövdənin reallaşmasına aktiv şəkildə mane olmağa çalışır.
AzPollitika.info


Şərhlər
Yiğit BULUT:"ABD’nin S-400 konusunda agresif olmasının sebebi “EMPERYALİST ODAKLARIN” Türkiye ve coğrafyamız” üzerindeki FİZİKİ KONTROL ALTINA ALMA hevesleri devam ediyor ve Türkiye içinde ciddi bir işbirlikçi takımı var. Türkiye’nin olası bir “BATI SALDIRISINA” karşı mutlaka alternatif sistemleri hayata geçirmesi, S-400’LERİ MUTLAKA ENTEGRE ETMESİ HATTA BATI TİPİ SAVAŞ UÇAKLARININ YANINDA RUS SAVAŞ UÇAKLARINDAN AYRI BİR ALTERNATİF FİLO KURMASI GEREKLİ."