Menu

İran ABŞ-ı Yaxın Şərqi tərk etməyə çağırıb

13.05.2019, 02:21
İran ABŞ-ı Yaxın Şərqi tərk etməyə çağırıb

İranın Hərbi-Dəniz Qüvvələrlərinin komandanı, kontr-admiral Hüseyn Xanzadi bildirib ki, ABŞ Yaxın Şərqi tərk etməlidir.

Bu barədə "Report" ISNA-ya istinadla xəbər verir.

"ABŞ Fars körfəzinə təyyarədaşıyan gəmisinin göndərilməsi haqqında danışıqlarla müharibə ehtimalını artırmağa çalışır", - deyə Xanzadi bildirib.

Onun sözlərinə görə, Vaşinqton bu regionu tərk etməyə məcbur edilib.

Xanzadi həmçinin əlavə edib ki, ABŞ-ın Yaxın Şərqdəki mövcudluğunun sonu yaxınlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol