Menu

"İki ölkə arasındakı problemdən xəbərsizəm" - "Arsenal"ın baş məşqçisi

13.05.2019, 09:48
"İki ölkə arasındakı problemdən xəbərsizəm" - "Arsenal"ın baş məşqçisi

İngiltərə "Arsenal"ının baş məşqçisi Unay Emeri komandanın futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakının nə dərəcədə mümkünlüyü ilə bağlı məsələyə münasibət bildirib.

"Report"un məlumatına görə, bunu siyasi məsələ adlandıran ispaniyalı mütəxəssis Azərbaycan və Ermənistan arasındakı problemdən xəbərsiz olduğunu açıqlayıb. Lakin, o, Mxitaryanın həlledici qarşılaşmada iştirakı üçün əllərindən gələni edəcəklərini söyləyib: "Bu gün Mxitaryan yaxşı çıxış etdi. Əlimizdən gələn hər şeyi etməyə hazırıq ki, Henrix finalda oynasın. Amma mən bunun siyasi problemlə əlaqədar nə dərəcədə mümkünlüyündən və iki ölkə arasındakı problemin nə olduğundan həqiqətən də xəbərsizəm. Bu, məndən asılı məsələ deyil və həlli yolunu çox da yaxşı bilmirəm. Amma biz finalda Mxitaryanın olmasını istəyirik və mümkün olan hər şeyi edəcəyik ki, o, Bakıda olsun".

Qeyd edək ki, "Arsenal" mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Çelsi" ilə üz-üzə gələcək.

Şərhlər

Köhnə azərbaycanlı 2019-05-13 09:48:47

Bu Mxitaryan söhbətini kim və niyə qaldırıb mən başa düşmürəm.Əvvəla Azərbaycanda deyilənə görə təxminən 30000 erməni var və Mxitaryanla olsun 30001 erməni nə dəyişəcək ki.Torpaqlarımızı azad etməyin bu məsələyə nə aidiyyəti var? Sonrası da biz Azərbaycanda, hansı klubun finala çıxacağı əvvəldən məlum olmayan Mxitaryanı yox, finala çıxmış “Arsenal” klubunun gəlməsini gözləyirik.Final futbol oyunun Bakıda keçirilməsi çox sevindirici haldır.Məncə biz belə söhbətləri ortaya atmaqla özümüzü biabır edirik və çətin ki bundan sonra belə böyük yarışların Bakıda keçirilməsinə icazə verisin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol