Mingəçevirdə 19 yaşlı qız üçüncü mərtəbədən yıxılıb.
ONA-nın Mingəçevir bürosunun xəbərinə görə hadisə bu gün səhər saatlarında Energetiklər yaşayış massivində, Cəmil Əliyev küçəsi 7 ünvanında baş verib.
Həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Teymurova Elnarə Elçin qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yerə yıxılıb. Nəticədə ağır bədən xəsarətləri alan qız dərhal xəstəxanaya yerləşdirilib. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.


Şərhlər