Menu

ABŞ Yaxın Şərqdə hərbi gücünü atırır - İrana qarşı

13.05.2019, 14:00
ABŞ Yaxın Şərqdə hərbi gücünü atırır  - İrana qarşı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin (DD) başçısı Mayk Pompeo bəyan edib ki, İran təhlükəsinə qarşı Vaşinqton Yaxın Şərqdə hərbi gücünü artırmaq qərarına gəlib.

«CNBC» telekanalına verdiyi müsahibədə Pompeo İranla məsləhətləşmələrə hazır olduğunu bildirib, ancaq onu da qeyd edib ki, ABŞ İraqda, Əfqanıstanda, Yəməndə və digər bölgələrdə öz maraqlarına zərər vurulmasına imkan verməyəcək.

«Biz, lazımi tədbirləri görmüşük ki, bölgədə öz təhlükəsizliyimizi mümkün olan qədər möhkəmlədək» - dövlət katibi bildirib.

Onun sözlərinə görə, prezident Donald Tramp əmin olmaq istəyir ki, hücum olacağı təqdirdə ABŞ ordusu «lazımi cavabı verə biləcək».

Bununla bərabər, ABŞ müharibəni öz məqsədi hesab etmir, İran rəhbərliyinin davranışını dəyişməsini və İran xalqının rifahının yaxşılaşmasını istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol