Menu

Yol qəzasında ölən şəxs icra başçısının sürücüsü olub

14.05.2019, 00:20
Yol qəzasında ölən şəxs icra başçısının sürücüsü olub

 

Goranboyda avtomobil qəzasında dünyasını dəyişən şəxs Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, rayonun Səfikürd kəndi ərazisində "HOVO" markalı yük maşının "VAZ 2115" markalı minik maşını ilə toqquşması nəticəsində dünyasını dəyişən şəxs –1969-cu il təvəllüdlü Əliyev Rauf İsmayıl oğlu Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.

Qeyd edək ki, R.Əliyev şəxsi minik avtomobilini idarə edərkən qəza törədib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol