Menu

“Bu silah birinci bizdə olmalıdır” - PUTİN

14.05.2019, 08:40
“Bu silah birinci bizdə olmalıdır” - PUTİN

“Hipersəs silahlarına qarşı müdafiə vasitələrini ilk olaraq Rusiya Federasiyası ixtira etməlidir”.

ONA TASS-a istinadla xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin Rusiyada keçirilən Silahlı Qüvvələrin inkişafı və müdafiə sənayesinə həsr olunmuş tədbirdə səsləndirib.

O qeyd edib ki, sözügedən silahlar dünyanın qabaqcıl ölkələrindən əvvəl Rusiyada olmalıdır: “Başa düşürük ki, dünyanın aparıcı ölkələrində tezliklə belə silahlar olacaq. Lakin çalışmalıyıq ki, hipersəs silahlarına qarşı müdafiə vasitələrini ilk olaraq biz yaradaq və hərbi arsenalımıza daxil edək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol