DANIŞIQLARIN NƏTİCƏSİ OLMAYACAQ! – Paşinyan belə deyir...

Xarici KİV-lərin yaydığı xəbərə görə, mayın 13-də Brüsseldə Avropa İttifaqı «Şərq tərəfdaşlığı» proqramının 10-cu ildönümünə həsr olunmuş konfrans çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qısa görüş olub. Bu barədə Paşinyan «Radio Azatutyun» («Azadlıq Radiosu») radiosuna danışıb.

«Hər-hansı münaqişəni istisnasız olaraq, münaqişə tərəflərinin yalnız birinin maraqlarına istiqamətlənməklə həll etmək mümkün deyil. Ona görə də mən, hesab edirəm ki, tənzimləmə məsələsində ən mühüm maneə Azərbaycanın Qarabağla danışmaq istəməməsi mövqeyidir. Həqiqət ondan ibarətdir ki, bu münaqişənin üç tərəfi var - Azərbaycan, Dağlıq Qarabağ və Ermənistan. Biz, hesab edirik ki, münaqişənin həlli üçün münasib danışıqlar çərçivəsinin yaradılması çox vacibdir» - deyə, Paşinyan bəyan edib.

Azərbaycan Prezidenti ilə bu barədə danışıb-danışmaması sualına cavab verən Nikol bildirib: «Bəli, cari situasiyada bu qısa danışıq oldu».

«Əminəm ki, danışıqlar davam edəcək. Çox vacibdir ki, Dağlıq Qarabağ danışıqlar masasına qayıtsın. Dağlıq Qarabağsız problemin real tənzimlənməsi mümkün deyil» - deyə, Paşinyan bəyan edib.

Bax, belə - 25 ildən sonra Ermənistan tərəfi növbəti dəfə sübut etdi ki, işğal etdiyi Azərbaycan torpaqlarından öz xoşu ilə çıxmaq fikrində deyil, danışıqlara isə sadəcə, vaxt ötürmək «alət»i kimi baxır!

Beləliklə, «Yasin oxumaqla, donuz darıdan çıxası deyil...» deyimi təcrübədə bir daha öz təsdiqini tapmış oldu.

Bəs, Azərbaycan tərəfi nə düşünür? Bu sual 25 ildir ki, açıq qalmaqdadır...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Seyid 2019-05-14 15:08:25

Qarabağı geri almamaq və danışıqları imitasiya etmək üçün nə isə yeni bir şey fikirləşməliyik. Eyni sözlərlə nə erməni daşnaklarını, nə də ki, dünya ictimayətini inandırmaq olmur ki, bizə Qarabağ lazımdı. “Lazım” da bizdən bezib getdi işinin dalınca.

Azmış Şuşalı 2019-05-14 15:08:25

Zorla alınan xoşluqla qaytarılmır! 366cı alayın hərbi texnikası ilə silahlanmış hay nasistləri Şuşaya girişdə belə 45 könüllü müdafiəçini vəhşicəsinə məhv edib. Bu cinayətin qarşısına özgə-KİM çıxıb sülh elan edər? Azərbaycanın imza atdığı iki ağ bayraq-atəşkəs müqavilələrini təklif edənlər belə unudublar. Təəssüf ki, hədsiz sevdiyi qlobal şöhrət də ərazisi və vətəndaşına andlı dövlətin siyasi qətiyyətini hiss və de-fakto qəbul etmir? Niyə İşğalçının Avropadan çıxarılması tələb olunmadı?

Səməd 2019-05-14 15:08:25

Axı bu mənfur millət başqa hansı formada deməlidir ki, ey azərbaycanlılar ala bilirsiniz alında torpaqlarınızı?! Biz nə vaxta qədər ordumuzu, gücümüzü, iqtisadiyyatımızı və bir-birimizi tərifləməklə məşğul olacağıq? Reallıq budur ki, zaman keçir, işğal altındakı ərazi erməni murdarları tərəfindən istismar olunur və məskunlaşdırılır. Onsuzda beynəlxalq təşkilatlar və Rusiya bu məsələnin dondurulmuş vəziyyətdə qalmasını arzulayırlar. Bizim isə güc göstərməkdən başqa çıxış yolumuz yoxdur.

Türk 2019-05-14 15:08:25

AY Mirzə müəllim mənə belə gəlir ki,bizimkilərədə elə vaxt uzatmaq lazımdır.

Son yazılar