"Jurnalistlərin binasında tikinti davam edir. 2020-ci ilin Mətbuat Günündə binanın açılışı olacaq".
Bu barədə Azvision.az -a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərli deyib.
Onun sözlərinə görə, binanın hansı kriteriyalar əsasında jurnalistlərə veriləcəyi gələn ilin aprel-may aylarında elan olunacaq.
V.Səfərlin qeyd edib ki, jurnalistlər üçün bina tikintisinin davamlı olub-olmayacağı barədə məlumatsızdır:
"Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Əgər məsləhət bilinsə, tikinti olacaq. Lakin həmin ərazidə yer qalmayıb".


Şərhlər
dünyanin hansi inkisaf etmis ölkesinde jurnalistlere ev verilir? bu bir növ onlara verilen rüsvetdir. Bes niye müellime, hekime ve ya diger mütexessise verilmir????????