Menu

İspaniya ABŞ HDD tərkibindəki freqatını geri çağırdı – Fars körfəzindən

14.05.2019, 21:06
İspaniya ABŞ HDD tərkibindəki freqatını geri çağırdı – Fars körfəzindən

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniyanın Müdafiə Nazirliyi (MN) özünün «Mendes Nunes» freqatına Amerika Birləşmiş Ştatlarının (ABŞ) Fars körfəzinə doğru irəliləyən avidaşıyıcı zərbə qrupunu tərk etmək əmri verib.

«El Pais» qəzetinin xəbər verdiyi kimi, bu əmri İspaniyanın müdafiə naziri Marqarita Robels verib. Nəşrin versiyasına görə, İspaniya öz iradəsindən kənar İranla münaqişəyə girmək istəməyib.

Aviadaşıyıcı qrup artıq Qırmızı dənizi Ərəbistan dənizinin Ədən körfəzi ilə birləşdirən Bab-əl-Məndəb boğazını keçib və indi Hörmüz bağazına doğru irəlliləyir ki, Fars körfəzinə girsin.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol