Menu

Azərbaycan 100 min "Kalaşnikov" avtomatı istehsal edib

15.05.2019, 12:55
Azərbaycan 100 min "Kalaşnikov" avtomatı istehsal edib

Azərbaycan Rusiyanın lisenziyası əsasında 100 min “AK-74M” "Kalaşnikov" avtomat silahı istehsal edib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi Belarusun paytaxtı Minskdə keçirilən “MİLEX-2019” beynəlxalq silah və hərbi texnika sərgisində TASS agentliyinə bildirib.

Onun sözlərinə görə, Azərbaycan "Kalaşnikov" avtomatlarını 2021-ci ilədək istehsal edəcək: “Ümumilikdə, 120 min ədəd “AK-74M” buraxılacağı ehtimal edilir”.

Sərgi mayın 18-dək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol